Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan riyaziyyatçıları- Rəşid Əliyev

Əliyev Rəşid Əvəzağa oğlu 6 avqust 1974-cü ildə Cəlilabad şəhərində anadan olmuş, 1990-cı ildə Cəlilabad şəhər 8 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1995-ci ildə Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək universitetin 01.01.01-Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddəti başa çatmamış, 1998-ci […]

Nils Henri Abel — Müasir Riyazi Analizin Zərif Qəhrəmanı

Nils Henri Abel 5 avqust 1802-ci ildə Norveçin Finnöy adasında dünyaya gəlmişdir. Ailəsi kasıb idi və erkən yaşlarında atasının ölümündən sonra ailə vəziyyəti daha da ağırlaşmışdır. Buna baxmayaraq, onun istedadı gimnaziya müəllimi Bernt Holmboe tərəfindən kəşf edilir və Abelin elmi inkişafında Holmboe-nin dəstəyi həlledici rol oynayır. Abel 1821-ci ildə Kristianiya Universitetində (indiki Oslo Universiteti) təhsil […]

Toz halına salınmış süni qan

ABŞ-ın Merilend Universitetinin alimləri tibbdə ən çətin problemlərdən birini həll edərək inqilabi yeniliyə imza atıblar. Belə ki, mütəxəssislər toz halında süni qan hazırlayıblar. “ErythroMer” adı verilən innovativ maddə sadəcə su əlavə etməklə bir neçə dəqiqə ərzində transfuziyaya hazır olur. O soyuducuya ehtiyac duymadan illərlə saxlanıla bilər ki, bu da xəstəxanadan kənar qəzalar və ya xəsarətlər […]

Meta dünyanın ən böyük süni intellekt klasterini inşa edir

Süni intellekt sahəsində layihələr getdikcə daha geniş miqyas alır, texnoloji rəqabət isə daha sərt xarakter daşıyır. Meta bu sektorda qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə biləcək bir infrastrukturun qurulmasına investisiya qoymaq qərarına gəlib. Şirkət süni intellekt klasteri olan Prometheus adlı hesablama mərkəzinin tikintisinə başlayıb. Bu klasterin hesablanmış məhsuldarlığı 3.17 trilyon teraflopsdan çox olacaq. Bu göstərici həm Frontier superkompüterini, həm də OpenAI tərəfindən planlaşdırılan “Stargate” layihəsini üstələyir. Meta […]

Vilyam Roven Hamilton – Riyaziyyat və Fizikada Dərin İrslər

Vilyam Roven Hamilton (ing.Uilyam Rouan Hamilton) İrlandiyalı riyaziyyatçı, fizik və astronom olmuşdur. O, xüsusilə kvaternionların ixtirası ilə tanınır. Onun əsərləri klassik mexanika, optika, və riyazi analiz sahələrində dərin iz buraxmışdır. Hamiltonun işləri riyaziyyatın strukturunu dəyişdirmiş və müasir fizikaya – xüsusilə kvant mexanikasına – nəzəri baza təmin etmişdir. Hamilton 4 avqust 1805 – 2 sentyabr 1805-ci […]

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. muallim.edu.az

Faydalı linklər