Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ChatGPT” beyində görün nəyə səbəb olurmuş

Massaçusets Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Tədqiqatın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir. Təcrübəyə 54 tələbə cəlb olunub və onlar üç qrupa bölünüb:  “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar. İştirakçıların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə […]

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu […]

Professor Misir Mərdanov Yıldız Texnik Universitetində beynəlxalq elmi konfransda iştirak edib və TRT AVAZ kanalına müsahibə verib

2025-ci ilin iyun ayında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İstanbulda yerləşən Yıldız Texnik Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Professor Misir Mərdanov tədbir zamanı TRT AVAZ kanalının “Avaz Gündem” proqramına müsahibə verib. Müsahibədə alim, regionda təhsilin inkişaf tendensiyaları, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və […]

Azərbaycan riyaziyyatçıları-Rafiq Tağıyev

Tağıyev Rafiq Qələndər oğlu, paylanmış parametrli sistemlər üçün optimal idarəetmə nəzəriyyəsi, 29 iyun 1953-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuşdur. 1961-1968-ci illərdə Köçəsgər kənd məktəbində, 1969-1970-ci illərdə Kirovkənd orta məktəbində, 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1978-1981-ci illərdə həmin universitetin aspirantı olmuşdur. ADU-da prof. A.İsgəndərovun rəhbərliyi ilə “Parabolik və hiperbolik tənliklər üçün optimal […]

Azərbaycan riyaziyyatçıları-Əfəndi Nəsibov

Əfəndi Nəsib oğlu Nəsibov 26 iyun 1962-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. 1978-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirən ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olmuş və 1983-cü ildə oranı riyaziyyatçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən […]

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər