Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyanın ən böyük radioteleskopu tikilir

Çinin şimal-qərbində  Sincan-Uyğur Muxtar bölgəsində dünyanın ən böyük tam idarə oluna bilinən radioteleskopunun inşasına başlanılıb. Bu barədə  Sinxua agentliyi  məlumat yayıb. Radioteleskop Changji Hui Muxtar prefekturasında yerləşir. Yüksək həssaslığa malik  olan qurğunun aperturası (obyektivin işıq keçiriciliyini tənzimləyən dairəvi pərdəciklərdən ibarət olan qurğu) 110 metr təşkil edir. 35 mərtəbəli bina hündürlüyündə  olan teleskopun konstruksiya sisteminin sahəsi […]

“Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlunun 75 yaşı tamam olur

Rəsulov Mübariz Bilal oğlu 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. 1985-ci ildən etibarən “Deformasiyaya uğrayan bərk cisimlər mexanikası” (ixtisas şifri: 01.02.04) sahəsində fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1990-cı ildən başlayaraq bir sıra mühüm sənaye və elmi müəssisələrdə fəaliyyət göstərmişdir. O, Bakı […]

Süni zəka onlayn KİV-lərə əsl təhlükə mənbəyidir

Cloudflare şirkətinin rəhbəri Matthew Prince Axios nəşrinə verdiyi müsahibədə bildirib ki, nəşriyyatlar süni zəkadan qaynaqlanan bir təhlükə ilə üz-üzədir və onlar öz məzmunları üçün ədalətli kompensasiya almalıdırlar. “Son 6 ayda insanlar süni zəkaya daha çox etibar etməyə başlayıb, bu isə o deməkdir ki, artıq orijinal məzmunu oxumurlar. İnternetin gələcəyi getdikcə daha çox süni zəkaya bənzəyəcək […]

Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır

Dövlət qurumlarında süni intellektin tətbiqi üçün hazırlıq işləri aparılır. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) xəbər verir. Qeyd edilib ki, Rəqəmsallaşma üzrə Yol Xəritələri çərçivəsində dövlət qurumlarında süni intellekt texnologiyalarının tətbiqi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə sistemli hazırlıq işləri həyata keçirir. Bu çərçivədə Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Koç Universitetinin rektoru ilə görüşüb

İyunun 18-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunmuş “Qlobal Davamlı İnkişaf Konqresi” (GSDC) 2025 çərçivəsində Koç Universitetinin rektoru, professor Metin Sitti ilə görüşüb. Görüşdə tərəflər Azərbaycan ali təhsil müəssisələri ilə Koç Universiteti arasında qarşılıqlı tədqiqat maraqlarının müəyyən edilməsi və qiymətləndirilməsi imkanlarını müzakirə ediblər. Daha davamlı […]

İlk dəfə Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşı universiteti sırasında

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti […]

Faydalı linklər