13/06/2025
Hörmətli həmkarlar! 23-29 iyun 2025-ci il tarixlərində Nabranda yerləşən Təhsil İstirahət Mərkəzinə (yollayışlarının 15% dəyərini ödəməklə 1 həftəlik 1 nəfər üçün nəzərdə tutulan) istirahət təşkil edilir. Bir nəfər üçün ödəniş haqqı 75 AZN təşkil edir. Arzu edənlər Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent İradə Mirzəzadəyə müraciət etsin. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
12/06/2025
Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. Elm və təhsil naziri çıxışında Azərbaycan Respublikası tərəfindən beynəlxalq elmi əməkdaşlıq və innovasiya yönümlü inkişafın təşviqi və […]
12/06/2025
12.05.2025-ci il tarixdə Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Optimallıq üçün yüksək tərtibli zəruri şərtlər və onun tətbiqləri” mövzusunda məruzə edib. Məruzədə harmonik osilatorla bağlı məsələ üçün yüksək tərtibli zəruri şərtlər şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
12/06/2025
Günəşin cənub qütbü ilk dəfə unikal şəkillərlə görüntülənib.Tarixi fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik gəmisi tərəfindən Yerə göndərilib. Günəşin qütb bölgələri indiyədək müşahidə olunmamışdı. Bu yeni missiya nəticəsində alimlər Günəşin səthindəki maqnit aktivliyinin nizamsız strukturunu xəritələşdirə biliblər. Mütəxəssislərə görə, bu aktivlik Günəşin maqnit sahəsinin hər 11 ildən bir […]
12/06/2025
Hüseynov Rauf Vəli oğlu 12 iyun 1940-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 1956-cı ildə Göyçay şəhəri 4 nömrəli orta məktəbi bitirmişdir. 1956-1959-cu illərdə Sumqayıt sintetik kauçuk zavodunda maşinist işləmişdir. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1964-1967-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində dünya şöhrətli alim, professor Q.E.Şilovun aspirantı kimi elmi […]
11/06/2025
12.06.2025-ci il tarixdə saat 10:30-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Optimallıq üçün yüksək tərtibli zəruri şərtlər və onun tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə harmonik osilatorla bağlı məsələ üçün yüksək tərtibli zəruri şərtlər şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]