Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan riyaziyyatçıları- Kazım Həsənov

Həsənov Kazım Qara oğlu 1 iyul 1934-cü ildə Tovuz rayonunun Aşağı Əyyublu kəndində anadan olub, 1943-1953-cü illərdə orta təhsilini Aşağı Əyyublu kənd məktəbində almış və həmin məktəbi əla qiymətlərlə bitirib 1953-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuşdur. 1958-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1958-1961-ci […]

Azərbaycan riyaziyyatçıları-İlham Məmmədov

Diferensial tənliklər sahəsində tanınmış mütəxəssis Məmmədov İlham Tofiq oğlu 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 27 nömrəli məktəbin birinci sinfinə getmiş, 1970-ci ildə 15 yaşında, 8 ilə həmin məktəbi qızıl medalla bitirmişdir. 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinə qəbul olunmuşdur. 1974-1975-ci illərdə M.V.Lomonosov […]

Azərbaycan Elm Fondu 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir. Bu barədə […]

ChatGPT” beyində görün nəyə səbəb olurmuş

Massaçusets Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Tədqiqatın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir. Təcrübəyə 54 tələbə cəlb olunub və onlar üç qrupa bölünüb:  “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar. İştirakçıların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə […]

Süni zəkanın düşüncə prosesini izləməyə imkan verən üsul hazırlanıb

Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu […]

Professor Misir Mərdanov Yıldız Texnik Universitetində beynəlxalq elmi konfransda iştirak edib və TRT AVAZ kanalına müsahibə verib

2025-ci ilin iyun ayında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İstanbulda yerləşən Yıldız Texnik Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Professor Misir Mərdanov tədbir zamanı TRT AVAZ kanalının “Avaz Gündem” proqramına müsahibə verib. Müsahibədə alim, regionda təhsilin inkişaf tendensiyaları, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və […]

Faydalı linklər