06/09/2018
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından bir il ötür. Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini […]
05/09/2018
Azərbaycanda ziyalıların formalaşması dərin tarixi köklərə malikdir. Qədim və orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən Zərdüşt, alban və müsəlman məktəbləri sonralar xalqımızın mənəviyyat pasportuna çevrilən görkəmli şəxsiyyətlər – şairlər, sərkərdələr, rəssamlar, heykəltəraşlar, maarifpərvərlər yetişdirdi. Əbülhəsən Bəhmənyar, Əcəmi Naxçıvani, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli və başqaları təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə […]
05/09/2018
Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur. Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Olimpiada sentyabrın 8-dək davam edəcək. Qeyd […]
04/09/2018
Ağayev Həsən bəy Məşədi Hüseyn oğlu orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdı. Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. İrana mühacirət edərək, bir müddət orada yaşamışdır. Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. […]
04/09/2018
1881-ci ildə Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra, 1901-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə seminariyanı bitirib, təhsilini Tiflis Müəllimlər İnstitutunda davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Lənkəran şəhər məktəbində fəaliyyətə başlamışdır. Lənkərandakı iki illik fəaliyyətindən sonra o, Bakıya qayıtmış və 6-cı rus-Azərbaycan məktəbində tarix müəllimi işləmişdir. […]
04/09/2018
1925-ci ilin mayın 25-dən iyunun 1-ə qədər Bakıda Azərbaycan müəllimlərinin IV(I) qurultayı keçirilib. Bu ali məclis sovet hakimiyyəti dövründə keçirilən birinci qurultay olduğu üçün mənbələrdə ümumazərbaycan müəllimlərinin I qurultayı kimi qeyd olunur. Qurultayda 250 nümayəndə iştirak edirdi. Onların 130 nəfəri qəzalardan gələn müəllimlər idi. Qurultayı Maarif işçiləri Həmkarlar İttifaqının sədri Pənah Qasımov açıb. Gündəlikdə aşağıdakı […]