Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev (1838-1924) müdrik, vətənsevər, xalq sevər, maarifpərvər şəxsiyyət olmuşdur. O, 1838-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 15 yaşından bənnalığa başlamış, 1872-ci ildə torpaq sahəsi icarəyə götürərək quyu qazdırmış, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi almışdır. 1878-ci ildə mədənində baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 1897-ci […]

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar – Abdinov Mirzə Bəhram Əliövsət oğlu

[01(14).08.1896, Dərbənd – 05.10.1969, Bakı] Atası: Abdinov Əliövsət (Övsət) Hacı Zeynalabdin oğlu. Anası: Reyhanatbikə Ağamirzə bəy qızı. İlk təhsilini evdə molladan alıb. 1905-1913-cü illərdə təhsilini Dərbənd edadi (real) məktəbində davam etdirib. Buradakı təhsil ona ali məktəbə girmə hüququ vermədiyi üçün, əlavə 1 ildə oxumaq məcburiyyətində qalıb. 1 sentyabr 1913-cü ildən 7 iyun 1914-cü ilədək 8-ci […]

DAVİD HİLBERT  və onun 23 problemi (XII hissə)

David Hilbertin 11-ci problemi. Bu problem istənilən cəbri ədədi əmsallı kvadratik formanın tədqiqi məsələsini qoyur. Məsələnin bir az dar mənada qoyuluşunu belə başa düşmək olar: Rasional ədədlər meydanında kvadratik formalar nəzəriyyəsində alınmış, nəticələri, cəbri ədədlər meydanına keçirmək olarmı? Bu problem tədqiqat sahəsi açır və konkret məsələ qoymur. Bu sahədə alman riyaziyyatçıları Xasse, Qekke və Ziqel […]

DAVİD HİLBERT  və onun 23 problemi (XI hissə)

David Hilbertin 10-cu problemi. Bu problem diofant tənliklərinə həsr olunub. Tutaq ki, tam əmsallı cəbri tənliklər (və ya cəbri tənliklər sistemi) verilmişdir və tənliyin (və ya tənliklər sisteminin) tam və ya rasional həllərini tapmaq tələb olunur. Belə tənliklərə diofant tənlikləri deyilir (rasional köklər axtarıldıqda, dəyişənlərin sayı ikidən az olmamalıdır). Onuncu problem belə ifadə olunur: Verilmiş […]

DAVİD HİLBERT  və onun 23 problemi (X hissə)

David Hilbertin 9-cu problemi. Problem belə adlanır: Ədədi meydanda ədədlərin ümumi qarşılıqlı əlaqə qanunu. Problem l-tərtibli qüvvət çıxıqlarının istənilən ədədi meydan üçün qarşılıqlı əlaqə qanununu tapmağa həsr olunub. Bu problem qismən alman riyaziyyatçısı Emil Artin tərəfindən cəbri ədədi meydanların abel genişlənməsi üçün həll edilmişdir. 1948-ci ildə isə rus riyaziyyatçısı Şafareviç tərəfindən cəbri ədədlər meydanında qüvvət […]

DAVİD HİLBERT  və onun 23 problemi (IX hissə)

David Hilbertin 8-ci problemi. Bu sadə ədədlərlə bağlı olub iki hissədən ibarətdir: 1. Dzeta-funksiya üçün Riman problemi. 2.Qoldbax problemi. Dzeta-funksiyasının sıfırları haqqında Riman problemi həllini tapmamışdır və riyaziyyat tarixində ən çətin problemlərdən hesab olunur. Riman dzeta – funksiyası s=σ+it, σ>1 olmaqla ξ(s)=1/1^s +1/2^s +1/3^s +… (s∈C) Drixle sırası vasitəsilə təyin olunur. σ>1 ({s:Res>1}) oblastında verilmiş […]

Faydalı linklər