Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Xocalı soyqırımı – İnsanlıq tarixinin qanlı səhifəsi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı […]

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov tədbiri açaraq qeyd edib ki, Xocalı soyqırımı bəşər tarixindəki ən faciəli hadisələrdən biridir. Bu dəhşətli tarixi bütün dünya azərbaycanlıları […]

Professor Hidayət Hüseynovun  əziz xatirəsinə -Başsağlığı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru,Bakı Dövlət Universitetin professoru, Hidayət Hüseynov  26.02.2025-ci il tarixində haqq dünyasına qovuşub. Hüseynov Hidayət Məhəmməd oğlu, diferensial operatorların spektral nəzəriyyəsi və onun tətbiqləri sahəsində tanınmış mütəxəssis, 1951-ci il yanvarın 20-də Gürcüstan Respublikası Qardabani rayonunun Ağtəhlə kəndində anadan […]

Planetimizin nüvəsi formasını dəyişir

Amerikalı elm adamları Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 kilometr radiusa malik daxili nüvəsində struktur dəyişiklikləri aşkar ediblər. Bu kəşf uzun illərdir planetimizin daxilində baş verən proseslərlə bağlı qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirib. Alimlər bu qənaətə Cənubi Atlantikada yerləşən Cənubi Sendviç adalarından gələn seysmik dalğaları təhlil edərək gəliblər. Bu dalğalar […]

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Böyük Qayıdış sürətlə reallaşır” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Suveren Azərbaycanda Birinci vitse-prezidentlik-konstitusion ilk innovativ-siyasi-mədəni “güc” idarəetmə strategiyasıdır” adlı məqalə və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Süleyman Dəmirəl Universitetinin rektoru, eləcə də sinqapurlu alimlərlə görüşlərinə dair informasiyalar dərc edilib. Bundan […]

Faydalı linklər