Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnsan beynində mikroplastik tapılıb

Alimlər ilk dəfə insan beyninin toxumalarında mikroplastiklərin mövcudluğunu aşkar ediblər. Bu tapıntı plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi müzakirələrə səbəb olub. Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib. Araşdırmada tədqiqatçılar insan beynindəki mikroplastiklərin son 8 ildə 50% artdığını müəyyən ediblər. Onlar həmçinin demanslı insanların beyinlərində hamıdan 10 dəfə çox plastik olduğunu aşkar ediblər. Ölçüsü […]

2025-ci ildə təhsili formalaşdıracaq 5 trend

2025-ci il irəlilədikcə təhsil sürətli texnoloji tərəqqinin, ictimai transformasiyanın və bütün təhsilalanları gücləndirmək üçün davam edən təkanların kəsişməsində dayanır. Qarşıda duran problemlər və imkanlar cəsarətli fəaliyyət, yaradıcı düşüncə və əməkdaşlıq tələb edir. “Azərbaycan müəllimi” xəbər verir ki, “Forbes” jurnalı 2024-cü ildə ortaya çıxan əsas tendensiyalara əsaslanaraq bu il təhsil mənzərəsini formalaşdıracaq 5 trend haqqında məqalə […]

Bu gün dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür

Fevralın 4-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 104 ili tamam olur. Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Eynşteyn və Nyutonla bir sıraya qoyulan alim elmə mühüm töhfələr verib. 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində […]

“Scopus müəllif profilinin potensialını kəşf et” vebinarı

“Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda Elsevier vebinarı keçiriləcək Fevralın 7-də tədqiqatçılar üçün “Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda vebinar keçiriləcək. Vebinar “Scopus” müəllif profillərinin tədqiqat sahəsində əhəmiyyəti, görünürlüyü və istinad sayını artırmaq üçün profilinizin optimallaşdırılması yolları, eləcə də şəbəkələşmə və əməkdaşlıq imkanları üçün müəllif profillərindən istifadə kimi mövzuları əhatə edəcək. Təlimdə iştirak […]

ELAN

Hörmətli həmkarlar! 05.02.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitututnda akademik Yusif Məmmədovun 75 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Tədbir institutun Akt zalında baş tutacaq © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Bu gün Azərbaycan Gəncləri Günüdür

Gənclik sabah, millətin gələcəyi deməkdir. Azərbaycanın gənclər siyasəti onların düzgün istiqamətləndirilməsinə, intellektual, mənəvi və sosial inkişafına hədəflənib. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasət ölkəmizin gələcəkdə də dayanıqlı inkişafını təmin edəcək gənc nəslin formalaşmasına xidmət edir. Gəncliyə qayğı – etibarlı gələcəyin əsas təminatı Hər il fevralın 2-də ölkəmizdə Azərbaycan Respublikası Gəncləri Günü təntənə ilə qeyd […]

Faydalı linklər