12/02/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Görkəmli alim, professor Binəli Musayevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov professor Binəli Musayevin səmərəli elmi fəaliyyətindən, riyaziyyat elminin inkişafına verdiyi dəyərli töhfələrindən danışıb. Qeyd edilib ki, Binəli Musayev 1944-cü […]
12/02/2025
13.02.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Dayanıqsız həllə malik ikitərtibli parabolik tənliyin əmsalları ilə optimal idarəetmə məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan məsələ üçün optimal cütün varlığı, adaptə olunmuş […]
11/02/2025
Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu əlamətdar gün 2025-ci ildə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusuna həsr edilib. Bu il, eyni zamanda, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis olunmasının 10-cu ildönümüdür. BMT Baş Assambleyasının 2015-ci il 22 dekabr tarixli qətnaməsinə əsasən qeyd edilən bu gün qadınların və […]
11/02/2025
Türkiyənin “2024-2028-ci illər üzrə Ali Təhsildə Beynəlmiləlləşmə Strategiya Sənədi” açıqlanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, sənədi strateji hədəf kimi qiymətləndirən Ali Təhsil Şurasının sədri Erol Özvar bununla türk ali təhsilinin regional və qlobal səviyyədə akademik, tələbə və idarəetmə sahəsində mobillik və qarşılıqlı əlaqə mərkəzi olmasına çalışdıqlarını açıqlayıb. Sənədin əsas məqamlarına diqqət çəkən E.Özvar qeyd edib […]
10/02/2025
Qlobal istiləşmə sürətlə planetimizə təsir göstərməyə davam edir. İqlimşünaslar hesab edirlər ki, bu prosesi artıq dayandırmaq mümkün deyil və insanlığın ətraf mühiti dəyişdirmək üçün çox məhdud imkanları var. Biz həddindən artıq çox parnik qazları ifraz edirik və əvvəllər açıqlanmış ekoloji təsirin azaldılması planları hələ reallaşmaqdan çox uzaqdır. Alimlər iqlim dəyişikliyinin bütün nəticələrini dəqiq proqnozlaşdıra bilməsələr də, […]
10/02/2025
Hörmətli həmkarlar! 12.02.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda professor Binəli İsa oğlu Musayevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Tədbir institutun Akt zalında baş tutacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.