Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi fizika tənlikləri” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Əbdürrəhim Quliyevun 65 yaşı münasibəti ilə təbrik edirik!


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri,  fizika-riyaziyyat elmləri doktoru Əbdürrəhim Quliyevu anadan olmasının 65 ili  tamam olur.

1957-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun(ADNSU) tətbiqi-riyaziyyat ixtisasını bitirmişdir. Təyinatla Sumqayıt şəhərindəki Neft-Kimya Avtomat Elmi Tədqiqat Layihə İnstitutunda işləmişdir. 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Diferensial tənliklər” ixtisasından əyani aspiranturaya qəbul olunmuşdur. 1989-cu ildə həmin ixtisas üzrə fizika-riyaziyyat elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiridir.

İnstitutun kollektivi Əbdürrəhim müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər