Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Şura haqqında


Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın Nizamnaməsini, AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin əmr və sərəncamlarını və özünün Nizamnaməni rəhbər rəhbər tutaraq, illik tədbirlər planı əsasında fəaliyyət göstərir.
İctimai birliyin fəaliyyət strategiyasına elmin təbliği və təşviqı, innovativ layihələrin koordinasiyası, regionlarla iş, beynəlxalq əməkdaşlıq, elmi ictimai tədbirlərin keçirilməsi, elmi nəşrlər, AMEA-nın nəzdində olan təşkilatlarda fəaliyyət göstərən yerli şuraların fəaliyyətinin mütəmadi monitorinqi və ictimai əlaqələr daxildir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının tərkibi:

1 Sədr elmi işçi Pərviz Müseyibli
2 Sədr müavini kiçik elmi işçi Aida Əsgərova
3 Məsul katib kiçik elmi işçi Aytən Mövsümova
4 Üzv r.ü.f.d., böyük elmi işçi Aynur Səfərova
5 Üzv r.ü.f.d., kiçik elmi işçi Humay Rzayeva
6 Üzv elmi işçi Sayalı Məmmədli
7 Üzv kiçik elmi işçi Vəfa Məmmədova
8 Üzv kiçik elmi işçi Aytən Muradova
9 Üzv doktorant Yetər Fərhadova
10 Üzv doktorant Səbinə Cəfərova
11 Üzv doktorant Gülqayıt Dadaşova
12 Üzv doktorant Xəyalə Qədirova
13 Üzv doktorant Aişən Məmmədova
14 Üzv doktorant Aydan Abdullayeva
15 Üzv doktorant İbrahim Məmmədov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    831822

  • Sağalan

    821461

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    88

  • Ölüm halı

    10273

  • Test edilib

    7,619,511

Faydalı linklər