Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı Türkiyədə “Xocalı soyqırımı”ndan danışdı


Fevralın 26-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, professor Vaqif Quliyev Ankara Universitetinin “Riyaziyyat” şöbəsinin keçirdiyi seminarda iştirak edərək, “Xocalı soyqırımı” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu gün Xocalının işğalından 22 il ötdüyünü bildirən professor soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Vaqif Quliyev daha sonra Stekov İnstitutunun elmi şurasında müdafiə etdiyi doktorluq dissertasiyasına daxil etdiyi “Lokal Morrey-tipli fəzalarda” araşdırmasını tədbir iştirakçılarına izah edib.

Faydalı linklər