Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib


Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib. İclasda institutun rəhbərliyi şura üzvləri, şöbə müdirləri iştirak ediblər.

İclasa sədrlik edən institutun elmi işlər üzrə direktor müavini r.e.d., professor Ədalət Axundov gündəlikdə müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. Professor Ə.Axundov institutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar barəsində geniş məlumat verib.

Sonra Şura üzvləri AMEA-nın “Elm” qəzetində 15 mart 2024-cü il tarixində dərc edilmiş elana əsasən müsabiqədə iştirak edən əməkdaşların çıxışlarını dinləyib, onların iddia etdikləri vəzifələrə təsdiq olunmaları haqqında qərar qəbul ediblər.

Elmi Şuranın iclası digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər