Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçı alimlər Mingəçevir Dövlət Universitetində ustad dərsi keçiblər


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun baş direktoru AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov, institutun elmi işlər üzrə direktor müavini,professor Ədalət Axundov və f.r.e.n., dosent Əbdürrəhim Quliyev Mingəçevir Dövlət Universitetində ustad dərsləri veriblər.

Ustad dərslərində MDU-nun Riyaziyyat kafedrasının bütün əməkdaşları, “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbə və magistrantlar, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində Riyaziyyat fənnini tədris edən bir qrup müəllim iştirak etdilər. Konkret mövzulara həsr olunan və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri davamlı əsaslarda təşkil ediləcəkdir. Tədbir zamanı Riyaziyyat və Mexanika institutun professor və alim heyəti iştirakçılarla öz təcrübə və biliklərini bölüşüb, onlara lazımi tövsiyə və məsləhətlərini veriblər.

Görüşdə iki qurum arasında yeni əməkdaşlıq imkanları, seminarlar, ustad dərsləri və təlimlərin keçirilməsi, birgə layihələrin hazırlanması haqqında müzakirələr aparılıb.

Sonda iştirakçılara Riyaziyyat və Mexanika İnstitutu adından kitablar hədiyyə edildi.

Qeyd edək ki, 2023-cü ilin 14 noyabr tarixində hər iki elmi müəssisə  arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən ustad dərs Memorandum çərçivəsində həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər