Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.


İyulun 2-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  Elmi Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə edilib, institut əməkdaşları elmi nəaliyyətlərinə görə təltif ediliblər. İclası giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə seçilən institut professorlarını- Bilal Bilalov, Vaqif Quliyev və Qeylani Pənahovu  təbrik edib.

O, qeyd edib ki, 2013-cü ildə “Thomson Reuters” agentliyinin siyahısına daxil olan jurnallarda institut əməkdaşlarının 33 məqaləsi çap olunmuşdur. Şura iclasında məqalə müəllifləri pul mükafatı ilə təltif ediliblər.

İclasda Misir Mərdanov institutun gənc alimləri- riyaziyyat üzrə fəlsəfə doktoru Sadıqova Səbinəni və AMEA-nın Rəyasət Heyətinin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Muradov Toğrulu 28 May- Respublika Günü münasibətilə gənc alimlər üçün keçirilmiş AMEA-nın Rəyasət Heyətinin qrant müsabiqəsinin qalibləri  olduqlarına görə təbrik edib. Akademiya rəhbərliyinin elmin inkişafı istiqamətində gənclərə yaratdığı münbit şəraitdən razılığını ifadə edib.

Daha sonra Elmi Şurada “Funksional analiz” şöbəsinin böyük elmi işçisi f.-r.e.n Elşad Həmidova səsvermə nəticəsində dosent elmi adı verilib.

Bu yaxınlarda prof. Boris Levitanın 100 illiyinə həsr olunmuş “Spektral nəzəriyyə və diferensial tənliklər” adlı Beynəlxalq konfransda iştirakı ilə bağlı ezamiyyətdə olan prof. Sabir  Mirzəyev konfrans haqqında Elmi Şura üzvlərinə ətraflı məlumat verib.

Son olaraq iclasda şöbələrin elmi və elmi-təşkilati fəaliyyəti haqqında 2014-cü ilin yarımillik hesabatı dinlənilib.

Faydalı linklər