Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


28.09.2016-cı il saat 11.20-də «Diferensial tənliklər» şöbəsinin seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f.-r.e.n. Telman Benser oğlu Qasımov «KƏSİLƏN DİFERENSİAL OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ » mövzusunda məruzə edəcəkdir.

Məruzə kəsilən çoxnöqtəli və inteqral sərhəd şərtli adi diferensial və kvazidiferensial operatorlar üçün spektral məsələyə həsr olunmuşdur. Sərhəd şərtlərinin requlyarlığı və güclü requlyarlığı anlayışları daxil edilmiş və requlyar sərhəd məsələsinin qoşma və məxsusi funksiyalarının bazisliyi haqqında teoremlər isbat olunmuşdur.

və X = X⊕ …. ⊕ Xtip Banax fəzalarında bəzi sistemlərin bazisliyi haqqında,  kəsilən diferensial  operatorların spektral nəzəriyyəsində, eləcə də sərhəd şərtlərinə parametr daxil olan spektral məsələlərdə tətbiq olunan abstrakt teoremlər isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər