Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dekart Rene (1596-1650)


200px-Frans_Hals_-_Portret_van_René_DescartesDekart həyatda öz yerini dərhal tapmamışdır. Mənşəcə zadəgan olan bu şəxs La-Fleşdə kolleci bitirdikdən sonra Parisin kubar həyatına aludə olmuşdur. Sonralar Dekart elmlə məşğul olmaq xatirinə hər şeyi atmışdır.
Dekart tələsmədən öz gələcək təliminin (dünyanın analitik üsulla dərk edilməsi) hüdudlarını müəyyənləşdirirdi və bunun üçün həyat təcrübəsi toplayırdı. O, fəlsəfə və başqa elmlərdə riyazi qanunlar tapmağa çalışırdı.
R. Dekart elə bir universal riyazi üsul tapmaq istəyirdi ki, o üsulu mənimsəyən adam istənilən məsələni həll etsin. 1637-ci ildə Leydendə onun 4 cildli “Fəlsəfi təcrübələr” adlı kitabı çıxdı. Axırıncı cild “Həndəsə” adlanırdı. Dekart öz sistemində riyaziyyata xüsusi yer ayırmışdı. O hesab edirdi ki, riyaziyyatın həqiqəti bərqərar etmə prinipləri digər elmlər üçün nümunə olmalıdır.
Dekartın ən böyük naliyyəti onun Analitik həndəsəni kəşf etməsidir. Analitik həndəsədə koordinatlar üsulunun köməyi ilə həndəsə məsələləri analitik yolla həll olunur. Dekartın riyaziyyata daxil etdiyi işarələr bu gün də işlənir.
Cəbrin əsas teoremi ilk dəfə Dekart tərəfindən ifadə olunmuşdur. (bu teoremi yalnız XVIII əsrin sonlarında K.F.Hauss isbat etmişdir).
1649-cu ildə Dekart uzun tərəddüddən sonra İsveçə gedir. Bu onun səhhətinə pis təsir edir. Yarımildən sonra o sətəlcəmdən vəfat edir.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər