Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

”Riyazi fizika tənlikləri” şöbəsinin ”Oblastın bir hissəsində Makenhaupt çəkili p-Laplas tənliyinin həlli üçün Harnak bərabərsizliyi” mövzusunda seminarı keçirilib


”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Sərvan Təhməz oğlu Hüseynov ”Oblastın bir hissəsində Makenhaupt çəkili p-Laplas tənliyinin həlli üçün Harnak bərabərsizliyi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə zamanı Makenhaupt tipli p-Laplas tənliyinin mənfi olmayan həllərinə baxılmış və bu həllər üçün Harnak bərabərsizliyi isbat olunmuşdur. Parametrdən asılı məsələyə baxılmış və göstərilmişdir ki, parametr sıfıra gedə bilər, lakin həllin Lebeq norması parametrdən asılı müntəzəm məhdud qalır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər