Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“NAVİE-STOKS SİSTEMİ ÜÇÜN BİR OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİ” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Andrey V. Fursikov “NAVİE-STOKS SİSTEMİ ÜÇÜN BİR OPTİMAL İDARƏETMƏ MƏSƏLƏSİ” mövzusunda məruzə edib.
Məruzədə üç ölçülü evolusyon Navie-Stoks tənliyi üçün məhdud Ω oblastının xaricində sərhəd idarə məsələsinə baxılıb. Məqsəd müqavimət funksionalını ∂Ω sərhəddində qoyulan Dirixle şərti daxilində minimallaşdırmaqdır.
Məruzədə əvvəlcə ∂Ω sərhəddində axrtarılan idarələrin aid olduğu vektor sahələrin uyğun fəzası qurulub. Minimallaşdırılan funksionala bu fəzanın nornasını əlavə hədd kimi daxil etməklə baxılan optimal idarəetmə məsələsinin korrektliyi təmin edilir.
Məruzədə eyni zamanda optimal həllin varlığı isbat edilib və optimal tənliklər sisteminin güclü forması tapılıb. Bu nəticələr sıfır olmayan sərhəd şərtli, standart olmayan izlər fəzasına daxil olan Navie-Stoks tənliyi üçün sərhəd məsələlərinin həlli məqsədi ilə xüsusi olaraq qurulmuş nəzəriyyəyə əsaslanır.
Optimal sistemin çıxarılışı həmçinin uzlaşma sərtini ödəməyən requlyar ilkin verilənli qoşma Oseen tənliyi üçün requlyarlıq nəticələrinə əsaslanır. Bu məsələ professor Andrey V.Fursikov tərəfindən M. Qunzburqer və S. Hou ilə birlikdə həll olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər