Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hesablama riyaziyyatı və informatika” şöbəsinin “MATLAB proqramlaşdırma mühitində elektrik intiqalının idarəetmə interfeysinin yaradılması. Polimerlərin keyfiyyətinə nəzarət məsələlərinə tətbiqi” mövzusunda seminarı keçirilib


“Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında böyük elmi işçi, t.e.n. Sadıxov Vüqar Vaqif oğlu “MATLAB proqramlaşdırma mühitində elektrik intiqalının idarəetmə interfeysinin yaradılması. Polimerlərin keyfiyyətinə nəzarət məsələlərinə tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sabit cərəyan intiqallarının rejim parametrlərinə avtomatik nəzarət və idarə funksiyalarının geniş əhatə dairəsini həyata keçirən proqram kompleksi diqqətə çatırılıb. “MATLAB & SIMULINK” modelləşdirmə şablonundan istifadə xüsusiyyətləri və effektivliyi göstərilib. Yaradılmış interfeysin polimer sintezi proseslərində keyfiyyətə nəzarət və proqnoz məsələlərinin riyazi təminatının tərkib elementi olduğu göstərilib.

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər