Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda seminarı keçirilib


Bu gün “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n. Rəşid Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda məruzə edib. Məruzədə Lebeq inteqralının ümumiləşməsi olan inteqral anlayışlarından istifadə edilərək həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadəsi verilib və ümumiləşmiş inteqral mənada onların momentlərinin sıfra bərabər olduğu göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər