Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranın bu həftə qrafik əsasında keçirilən iclaslarında 2017-ci il üzrə şöbələrin elmi və elmi-təşkilati fəaliyyətlərinin yarımillik hesabatları dinlənilir.
Bugünkü iclasda institutun “Funksiyalar nəzəriyyəsi“, “Diferensial tənliklər”, “Tətbiqi riyaziyyat”, “Qeyri-harmonik analiz”, “Optimal idarəetmə”, “Riyazi analiz”, “Elastiklik və plastiklik nəzəriyyəsi”, “Funksional analiz”, “Hesablama riyaziyyatı və informatika”, “Sürüncəklik nəzəriyyəsi”, “Elmi texniki informasiya”, “Dalğa dinamikası”, “İctimaiyyətlə əlaqələr” və “Təhsil” şöbələrinin müdirləri elmi şura üzvlərinə rəhbərlik etdikləri şöbələrin yarımillik fəaliyyəti haqqında hesabat verdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər