Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Gecikdirilən ekranlı bir semi-markov dolaşma prosesinin kəsr tərtibli və sabit əmsallı adi diferensial tənliklə təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün  Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dos. Rövşən Bəndəliyevin və AMEA İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin ehtimal üsulları” laboratoriyasının müdiri, f.-r.e.d., prof. Tamilla Nəsirovanın “Gecikdirilən ekranlı bir semi-markov dolaşma prosesinin kəsr tərtibli və sabit əmsallı adi diferensial tənliklə təsviri” mövzusunda birgə məruzələri olub.
Məruzə sıfır ekranında gecikdirilən bir semi-markov dolaşma prosesinin riyazi modelinin kəsr tərtibli və sabit əmsallı, qeyri-bircins adi diferensial tənliklə təsviri məsələsinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər