Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” III Beynəlxalq elmi-praktik konfrans keçiriləcək


Kaluga vilayətinin Təhsil və Elm nazirliyi, Rusiya Federasiyası Höküməti nəznində Maliyyə Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutu, T.G. Şevçenko adına Dnestryanı Dövlət Universiteti və Rusiya Federasiyası Höküməti nəznində Maliyyə Universitetinin Kaluga filialının təşkilatçılığı ilə Rusiya Federasiyası Höküməti nəznində Maliyyə Universitetinin Kaluga filialında 16-17 noyabr 2017-ci il tarixində “İqtisadiyyatda, idarəetmədə və təhsildə riyazi modelləşdirmə” III Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın Təşkilat Komitəsinin sədrləri:
Pirogova Tatyana Ernestovna, i.e.n., dosent, Rusiya Federasiyası Höküməti nəznində Maliyyə Universiteti Kaluga filialındakı direktoru (Kaluga);
Berill Stepan İordanoviç, f.r.e.d., professor, T.G. Şevçenko adına Dnestryanı Dövlət Universitetinin rektoru (Tiraspol şəh.);
Mərdanov Misir Cumayıl oğlu, f.r.e.d., professor, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru (Bakı şəh.);

Konfransın proqram komitəsi:
Drobışev Yuriy Aleksandroviç, p.e.d., professor (Kaluga şəh.);
Aslanov Ramiz Mütəllim oğlu , p.e.d., professor (Bakı şəh.);
Qerasimenko Pyotr Vasilyeviç, t.e.d., professor (Sankt-Peterburq şəh.);
Voronov Mixail Vladimiroviç, t.e.d., professor (Moskva şəh.);

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
1. İqtisadiyyatda riyazi üsullar və modellər;
2. İdarəetmədə riyazi modelləşdirmə;
3. Peşə fəaliyyətində riyazi modelləşdirmənin istifadəsi üçün tələbə hazırlığı;
4. İnformasiya və kommunikasiya texnologiyaları – riyazi modelləşdirmə vasitəsi kimi;
5. Riyazi təhsilin muasir problemləri. Təhsildə riyazi üsullar.

Daha ətraflı məlumatı aşağıdakı link vasitəsi ilə əldə edə bilərsiniz:

 http://www.imm.az/news_files/Conference_16-17.11.2017.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər