Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Yeraltı anbara qaz vurulması prosesinin inteqral modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Neftqaz Elmi Tədqiqat Layihə İnstitunun” elmi işçisi dos. Abbasov Elxan “Yeraltı anbara qaz vurulması prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edib.
Məruzədə yeraltı anbara qaz vurulması prosesinin inteqral modeli qurulmuş və alınmış əlaqəli tənliklərin həll üsulu göstərilmişdir. Bunun əsasında isə qazın vurulma rejimi və tempi, həmçinin bütün vurulma periodu ərzində vurulan qazın həcmi müəyyən edilmişdir.
Laya vurulan qazda təzyiq paylanması sahəsi nəzərə alınır.
İşdə alınmış analitik ifadə anbara qazın vurulma tempini lay-quyu sisteminin parametrlərindən asılı olaraq müəyyən etməyə imkan verir ki, bunun da elmi və praktik əhəmiyyəti vardır.
Ümuminstitut seminarının sonunda AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun alimlərinə “Thomson Reuters” agentliyinin siyahısında olan jurnallarda çap olunmuş məqalələrinə görə pul mükafatı təqdim etdi. Bu il “Thomson Reuters” agentliyində institut alimlərinin 42 məqaləsi çap olunub (siyahı linkdə>>).
Onuda qeyd edək ki, keçən il bu agentlikdə çap olunan məqalələrin sayı 34 idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər