Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fields Medal-ını qazanan ilk qadın riyaziyyatçı – Məryəm Mirzəxani vəfat edib


AMEA Riyaziyyat və Mexanika İnstitutuÜç il əvvəl riyaziyyat üzrə nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.
Onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.
İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb.
O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.
Riyaziyyatçı 2014-cü ildə “Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə” görə Fields mükafatına layiq görülüb.
ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal tez-tez “riyaziyyatçıların Nobel mükafatı” adlandırılır.
1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.

Mənbə: http://www.bbc.com

Faydalı linklər