Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Leybnis Hotfrid Vilhelm


AMEA Riyaziyyat və Mexanika İnstitutuLeybnis Hotfrid Vilhelm (1646-1716) Alman filosofu, riyaziyyatçısı, fiziki, hüquqşünası, tarixçisi və dilçisidir.
1700-cü ildə özünün təşəbbüsü ilə yaradılmış Berlin Elm Cəmiyyətinin (sonralar EA) ilk prezidenti olmuşdur.
Riyaziyyatda Leybnis Nyutondan asılı olmayaraq diferensial və inteqral hesabını yaratmış, diferensial və inteqral hesabından sistematik oçerklər nəşr etdirmişdir (1684-1686). Burada diferensiala və inteqrala tərif vermiş, onları uyğun olaraq və ilə işarə etmişdir. Leybnis cəmin, hasilin, qismətin, sabitin, mürəkkəb funksiyanın diferensiallanması, əyrinin ekstremal nöqtələrinin axtarılması və ayırd edilməsi, əyilmə nöqtələrinin axtarılması qaydalarını vermiş, diferensiallama və inteqrallamanın qarşılıqlı tərs xarakterli olmasını göstərmişdir. O öz hesablamalarını mexanikanın bir sıra məsələlərinə tətbiq edərək variasiya hesabının yaradılmasına təsir göstərmişdir.
O, hasili çoxqat diferensiallamaq üçün düstur (Leybnis düsturu) və bir çox mühüm transendent funksiyanı inteqrallamaq üçün qayda vermişdir. O, “diferensial”, “diferensial hesabı”, “diferensial tənlik”, “funksiya”, “dəyişən”. “sabit”, “koordinatlar”, “absis”, “cəbri və transendent əyrilər”, “alqoritm” və b. anlayışları elmə daxil etmişdir.
Leybnis birləşmələr nəzəriyyəsi, cəbr, həndəsə və riyaziyyatın başqa sahələrində də tədqiqatları var.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər