Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun 2017-ci ilin birinci yarısı üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında


2017 ilin yarımillik müddətində AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi-tədqiqat işləri riyaziyyat və mexanika sahələri üzrə aparılmışdır. Bu sahələr 5 istiqaməti əhatə edir: 4-ü riyaziyyat, 1-i mexanika.

Hesabat müddətində İnstitut alimlərinin tədqiqatları Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş Azərbaycan MEA-nın tədqiqatlarının prioritet istiqamətlər proqramına uyğun olaraq aparılmışdır.

İnstitut alimləri göstərilən istiqamətlər üzrə bəzi elmi nəticələr almış, müxtəlif  beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda müzakirə etmiş, jurnallarda çap olunmuş və mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilmişdir.

Hesabat müddətində İnstitut əməkdaşlarının 168 elmi işi, onlardan 105 məqalə, o cümlədən xaricdə 58, impakt faktorlu olan jurnallarda 26 məqaləsi və 62 tezisi (onlardan 29-u xaricdə) və 1 dərs vəsaiti (xaricdə) çap olunmuşdur.

25-26 may 2017 il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə birgə Sumqayıt Dövlət Universitetinin 55 illiyinə həsr olunmuş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfrans keçirmişdir. Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər