Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müəllimlik ixtisasını seçən 500-dən yüksək bal toplayan 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüd veriləcək


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə “Gələcəyin müəllimi təqaüdü” təsis edilmişdir. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
Təqaüdün verilmə şərtləri:
Hər il pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan ilk 300 tələbəyə şamil olunur
İxtisas seçimində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını qeyd edərək ali təhsil müəssisələrinə qəbul olunan tələbələr arasından ixtisasları üzrə mütənasiblik gözlənilərək seçilir
2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olan 1-ci və 2-ci maddələrdə qeyd olunan şərtləri ödəyən tələbələr əlavə təqaüd alacaqlar
“Gələcəyin müəllimi təqaüdü”nün təqdim edilməsi nəticəsində yüksək nəticəli tələbələrin pedaqoji fakultələri seçmə göstəricisi 37% artmışdır.
Qeyd edək ki, 2014-cü ildən tətbiq edilən təqaüd proqramından 900-ə yaxın tələbə yararlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər