Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “525-ci qəzet”-ə Riyaziyyat və Mexanika İnstitutunun elmi və elmi-təşkili fəaliyyəti haqqında  müsahibə verib


AMEA Riyaziyyat və Mexanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “525-ci qəzet”-ə Riyaziyyat və Mexanika İnstitutunun elmi və elmi-təşkili fəaliyyəti haqqında geniş müsahibə verib.

MİSİR MƏRDANOV: “SON İLLƏRDƏ İNSTİTUTUN ŞÖBƏLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN ELMİ İŞÇİLƏRİN GƏRGİN İŞİ NƏTİCƏSİNDƏ BİR ÇOX UĞURLAR ƏLDƏ OLUNUB”…

Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ən qədim elmi-tədqiqat müəssisələrindən biridir. Hal-hazırda İnstitutda 222 nəfər işçi çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə doktorudur.

İnstitutda ümumilikdə 22 şöbə fəaliyyət göstərir. Onlardan 14 şöbə elmi fəaliyyətlə məşğuldur. Bunlar Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, Riyazi analiz, Riyazi fizika tənlikləri, Cəbr və riyazi məntiq, Optimal idarəetmə, Qeyri-harmonik analiz, Hesablama riyaziyyatı və informatika, Tətbiqi riyaziyyat, Elastiklik və plastiklik nəzəriyyəsi, Dalğa dinamikası, Sürüncəklik nəzəriyyəsi, Maye və qaz mexanikası şöbələridir. Son illərdə AMEA-da aparılan əsaslı elmi və təşkilatı islahatlar nəticəsində 3 köməkçi şöbə yaradılıb. Bunlar Beynəlxalq əlaqələr, Təhsil və İctimayətlə əlaqələr şöbəsidir.
İnstitutda həyata keçirilən islahatlar, əhəmiyyətli tədbirlər, nəticəsində əsaslı nailiyyətlər əldə olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Daha ətraflı linkdə http://525.az/site/?name=xeber&news_id=86242#gsc.tab=0

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər