Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Diaqram


Diaqram kəmiyyətlər arasındakı asılılığı təsvir etməyin üsullarından biridir. Diaqramların ən çox yayılmış növləri düzbucaqlı (sütunlu) və sektorlu (dairəvi) diaqramlardır. Düzbucaqlı diaqramlarda hər bir sütunun hündürlüyü kəmiyyətin təsvir olunan qiymətləri ilə mütənasib olur. Düzbucaqlının eni isə ixtiyari götürülür. Dairəvi diaqramlarda isə sektorların qövsünün uzunluğu kəmiyyətin təsvir olunan qiymətləri ilə mütənasib olur. Ətraflı>>

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər