Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə olundu:
1. Müsabiqənin keçirilməsi (f-r.e.d., prof. Cəfər Ağalarov -şöbə müdiri, texnika elmləri namizədi Həsən Nağıyev – şöbə müdiri, dos.İradə Mirzəzadə – apar. elmi işçi, dos.Rza Mustafayev – apar. elmi işçi);
2. “Riyazi analiz ” şöbəsinin böyük elmi işçisi riyaziyyat üzrə fəlsəfə doktoru Mehriban Ömərovaya 1202.01-Riyazi analiz ixtisası üzrə dosent elmi adın verilməsi;
3. RMİ-də əyani təhsil alan 1-ci kurs magistrlərin (Səbinə Cəfərova, Gülqayıt Dadaşova, Yetər Fərhadova, Nərmin Şirinova) 2-ci kursa keçirilmələri haqqında;
4. RMİ-yə 8 nəfərin magistraturaya qəbulu haqqında;
5. Mfgistraturada tədris olunan “Fənn Proqramları”nın təsdiqi;
6. Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasının ardıcıl və sistemli formalaşdırılması (Riyaziyyat və Mexanika sahəsində öyrənilməsi və təbliği məqsədilə ilk 500 sənədin -kitab, jurnal, məqalə və s.);
7. Akademik Akif Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın keçirilməsi haqqında;
8. Cari məsələ (Elmi-populyar əsərlərə görə AMEA-nın mükafatı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər