Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “Dominant qarışıq törəməli bəzi tənliklər üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları “ mövzusunda məruzə edib.
Məruzədə hamar olmayan əmsallı dominant qarışıq törəməli bəzi tənliklər üçün klassik və klassik olmayan Dirixle məsələlərinin ekvivalentliyi isbat olunub, məsələnin korrekt həll olunması göstərilib və həllin inteqral göstərilişi alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər