Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rusiyalı riyaziyyatçı Кley institutunun mükafatını alıb


AMEA Riyaziyyat və Mexanika İnstitutuAprel ayında, “Minilliyin məsələləri” siyahısı ilə tanınan Kley Riyaziyyat İnstitutunun laureatları məlum oldu.
Cəmi üç mükafat verilib. Birinci mükafata – spektral həndəsədə işlərinə görə Aleksandr Logunov (S-PDU) və Yevgeniya Malinnikova layiq görülüblər. İkinci mükafat –Gauss həndəsəsində gördüyü işlərə və təsadüfi iki ölçülü struktur nəzəriyyəsində açıq məsələlərin həllinə görə Ceyson Miller və Skott Şeffildə verilib. Üçüncü mükafata 24 ölçülü fəzada şarların sıx yerləşdirilməsi məsələsini həll etdiyi üçün Marina Vyazovskaya (ABŞ Prinston universiteti) layiq görülüb. Laureatların siyahısı İnstitutun rəsmi saytında dərc olunub.

Kley institutunun mükafatı 1999-ci ildən etibarən hər il riyaziyyat sahəsində görkəmli nailiyyətlərə görə verilir. Bu mükafatın ilk laureatı Böyük Ferma Teoremini isbat edən Endryu Uayls olub. Mükafat qrant və medaldan ibarətdir.

İllik mükafatlardan əlavə olaraq, institut “Minilliyin problemləri” nin həlli üçün mükafatlar təqdim edir – Grigory Perelman 2010-cu ildə həmin mükafatdan imtina edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər