Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Doqquz nöqtə çevrəsi


Doqquz nöqtə çevrəsi Üçbucağın tərəflərinin orta nöqtələrindən keçən çevrədir. Bu çevrə həm də üçbucağın hündürlüklərinin oturacaqlarından və üçbucağın təpə nöqtələrini onun ortsentri (hündürlüklərin kəsişmə nöqtəsi) ilə birləşdirən parçaların orta nöqtələrindən keçir. Doqquz nöqtə çevrəsi mərkəzi üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzini və ortsentrini birləşdirən parçanın ortasıdır. Doqquz nöqtə çevrəsi radiusu isə üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunun yarısına bərabərdir. Doqquz nöqtə çevrəsi Eyler çevrəsi də adlandırırlar.
Doqquz nöqtə çevrəsi üçün Feyerbax teoremi doğrudur.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər