Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Magistratura şöbəsinin rəisi təyin edilib


Fikrət Feyziyev AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 11 oktyabr 2017-ci il tarixli iclasında qəbul olunub.

Qeyd edək ki, Magistratura şöbəsi AMEA Rəyasət Heyətinin 07 sentyabr 2016-cı il tarixli 10/3 nömrəli qərarı ilə Elm və Təhsil İdarəsinin tərkibində yaradılmışdır. Şöbənin əsas fəaliyyət istiqamətlərinə AMEA-nın elmi bölmələri və elmi müəssisələri ilə birlikdə magistrantların tədris prosesini təşkil etmək, onlara elmi-tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirilmələri üçün şərait yaratmaq, magistrantların təhsilinin səmərəliliyini artırmaq, tədrislə bağlı bütün statistik məlumatları hazırlamaq və s. aiddir.

Mənbə:www. science.az

Faydalı linklər