Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarı keçirirlib


Bu gün Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.f.d., dos. Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, f.ü.f.d. Aynurə Cəfərova çıxış edib.

Çıxış zamanı gənc alimlər 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetində “Kvant kimyasında riyazi metodlar”mövzusunda keçirilən beynəlxalq konfransda məruzələri haqqında hesabat veriblər.

Onu da qeyd edək ki, konfransda Aynurə Cəfərova “Raka çoxhədliləri üçün yeni rekurrent münasibətlər cütlüyünə əsaslanan yaxın qonşu qarşılıqlı təsirinə malik birölçülü fermion spin zəncirlərində yüksək keyfiyyətli kubit ötrülməsi”, Səbinə Sadıqova isə “Freymlər, tətbiqlər və Hardi siniflərində abstrakt misallar” mövzularında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər