Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də  “Akademik Əşrəf Hüseynov” adlı məqaləsi çap olunub


AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Ölkəmizin elmi ictimaiyyəti müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, böyük elm və təhsil təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Əşrəf İskəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyini qeyd etməyə hazırlaşır.

Onun tələbələrindən biri kimi hörmətli müəllimimin əziz xatirəsini bir daha yad etmək və “525-ci qəzet”in oxucularına bu böyük ziyalının həyatının bəzi məqamları haqqında məlumat verməyi özümə borc bildim.

Akademik Əşrəf Hüseynov Azərbaycan müəllimlərinin və şagirdlərinin yaxın dostu idi, o, tez-tez məktəblərdə olur, valideynlər, müəllimlər və şagirdlərlə görüşür, istedadlı gənclərin vaxtında aşkar olunması, onlara vaxtında xüsusi diqqət yetirilməsi məsələsini vacib hesab edirdi. O dövrdə riyaziyyat üzrə şagirdlər arasında keçirilən olimpiadalar Əşrəf Hüseynovun daim diqqət mərkəzində idi.

Düşünürəm ki, Azərbaycanda Riyaziyyat elminin banisi olmuş bu böyük insanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq və onun mənalı həyatı gələcək nəsillərə nümunə olacaq.”

Məqaləni oxumaq üçün linkə keçid edin: https://525.az/site/?name=xeber&news_id=89507#gsc.tab=0

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər