Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Müxtəlif üsullarla asılmış lövhənin Vinkler döşəməsi üzərində sərbəst rəqsləri ” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Dalğa dinamikası ” şöbəsinin böyük elmi işçisi f-r.e.n., dosent Məmmədova Güldəstə Akif qızı “Müxtəlif üsullarla asılmış lövhənin Vinkler döşəməsi üzərində sərbəst rəqsləri” mövzusunda çıxış edib.

Müxtəlif bərkidilmə hallarında xüsusilə, dairəvi elastik bərkidilmə, horizontal istiqamətdə elastik bərkidilmə, halqavari kütlə ilə bərkidilmə hallarında dairəvi lövhənin rəqsləri məsələlərinə baxılıb.
Eyni zamanda bütün səthi elastiki bərkidilmə halına da baxılıb. Birinci halda məsələ Bessel fuksiyasının köməyi ilə həll olunmuşdursa, ikinci halda isə Kelvin funksiyasının köməyi ilə həll edilib. Bərkidilmə sərtliyi isə tezlik funksiyası kimi hesablanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər