Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda “Noosphere Ventures USA İnc.” şirkətinin əməkdaşları ilə görüş keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, profesor Bilal Bilalovun rəhbərlik etdiyi tətbiqi işlər üzrə qrupun əməkdaşlarının, mərkəzi ofisi ABŞ-ın Koliforniya ştatında yerləşən “Noosphere Ventures USA İnc.” şirkətinin Ukrayna Bölməsinin əməkdaşları ilə görüşü keçirilmişdir. Görüş Riyaziyyat və Mexanika İnstitutu ilə şirkətin Ukrayna filialı olan “EOC DATA Analitikc Ukraina” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış birgə əməkdaşlıq haqqındakı müqavilə çərçivəsində baş tutmuşdur.

Görüşdə peyk verilənlərinin identifikasiyası məsələlərində istifadəsi istiqamətində birgə tədqiqatların aparılması müzakirə edilmiş və gələcəkdə bu cür tədqiqatların daha da genişləndirilməsi üçün səy göstərilməsi qərara alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər