Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib


Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Kosmos və yerətrafı kosmik fəzanın fizikası birgə laboratoriyası, Riyaziyyat və Mexanika, Molekulyar Biologiya və Biotexnologiyalar və Biofizika institutlarınınn birgə “İnteqrativ biologiya laboratoriyası”, Fizika İnstitutunda Kvant informatikası laboratoriyası, Riyaziyyat və Mexanika İnstitutunda “Siqnalların emalının riyazi problemləri laboratoriyası” yaradılıb.

İclasda bir sıra qərarla yanaşı kadr məsələsinə diqqət yetirilib.

Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Vasif Abbasov isə AMEA Təcrübə-Sənaye Zavodu MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

Həmçinin Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik olunub, Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

 

Faydalı linklər