Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İmadəddin Nəsimi təhsil və elm haqqında hansı fikirləri söyləyib?


Seyid Əli İmadəddin Nəsimi 1369-1417) Şamaxı şəhərində dünyaya göz açmışdı. Atası Seyid Məhəmməd zəmanəsinin tanınmış adamlarından biri idi. Nəsimi doğma ana dili ilə yanaşı, fars və ərəb dillərini də yaxşı mənimsəmişdi. O, dövrünün hikmət, məntiq, əruz, qafiyə, tarix, ücum, fiqh, təbiətşünaslıq kimi elm sahələrini yaxşı bilirdi. Çox gənc yaşlarından Yaxın və Orta Şərqin elm və fəlsəfi irsinə yaxşı bələd idi. Nəsimi elə elmi-fəlsəfi sistem axtarırdı ki, onun köməyi ilə insanları tərbiyə edə bilsin, onlara özlərini yeni məzmunda dərk etməyi öyrətsin.

Nəsimi oxumağı, təhsil almağı özlərinin həyat amalı hesab edən gənclərə müraciət edərək, onları əski təlimdən çəkinməyə və Nəsimilərdən təlim almağa dəvət edirdi. O, əsərlərində o dövrdə mövcud olan təlim sistemi, üsulları və tədris planlarındakı qüsurlarla bağlı maraqlı fikirlər söyləyir. Nəsimi gözəl əxlaq tərbiyəsi üçün, hər şeydən əvvəl, mənəvi, maddi və fiziki çətinliklərə dözmək qabiliyyəti aşılanmasını lazım bilirdi. O, bu yol ilə şəxsiyyətdə bütün mənfi sifətlərin ləğv olunmasını mümkün hesab edirdi. Nəsimi insanı ülviləşdirir, ucaldır, ona mənəvi və cismani əzab-əziyyət verənlərə qarşı öz etiraz səsini qaldırırdı. Böyük şairə görə “insan həm inci, həm sədəf, həm yaradıcı, həm qızılgül, həm də yasəməndir. Bütün gözəlliklər, varlıq, yer və göy ona xidmət üçün yaranmışdır”.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər