Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq 1990-cı ildə yaşananları tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd edib ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Misir Mərdanov bu qanlı tarixi ilk dəfə layiqincə qiymətləndirən Ulu öndər Heydər Əliyevin şücayətindən danışıb. İlk dəfə 20 Yanvar faciəsinə görə çəkinmədən Qorbaçovu günahlandıran Heydər Əliyevin vətən sevgisindən bəhs edib.
Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, xalqın igid övladı – şəhid Yusif Sadıqovun fədakarlığı məhəbbətlə xatırlanıb, onun və bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla anılıb.
Tədbirin sonunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Allah şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər