Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Asya Məmmədkərim qızı Quliyevanın “Yeni mənada qoşma operatorun qurulması və tədqiqi” mövzusunda 1212.01-Riyazi fizika tənlikləri ixtisasından riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 14 işdə öz əksini tapıb.

Sonra dissertasiya şurasının iclasında Seymur Arif oğlu Meşaikin “Sonlu qiymətli məntiq cəbrlərinin laylaşdırılmış düz hasillərinin struktur xassələri” mövzusunda 1205.01- Riyazi məntiq və ədədlər nəzəriyyəsi ixtisasından riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 13 işdə öz əksini tapıb.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Daha sonra iclasda Humay Rzayeva, Fuad Əliyevin dissertasiya işlərinə kuratorların və Musa Alməmmədovun dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər