Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib.

Məruzədə dördüncü tərtib adi diferensial tənliklər üçün həm xəttiləşən, həm də xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunub. Bu məsələlərin bifurkasiya nöqtələrinin strukturu, potensial sıfırdan fərqli olduğu halda tamam requlyar Şturm sistemlərinin məxsusi funksiyalarının ossillyasiya xassələri, qeyri-xətti məsələlərin həlləri çoxluğunun xətti məsələlərin məxsusi funksiyalarının ossillyasiya xassələrinə malik siniflərdə yerləşən komponentlərinin özünü aparması haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər