Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“C0(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxliğı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda AMEA-nın professoru, “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d. Bəndəliyev Rövşən Əlifağa oğlu “C0(Ω) fəzasının dəyişən dərəcəli Lebeq fəzasında sıxlığı və Kolmoqorov-Riss teoreminin analoqu haqqında” mövzusunda məruzə edib.

Məruzədə C0(Ω) fəzasının dəyişən dərəcəli  Lp(x)(Ω) fəzasında 0 < p(x) < 1 olduqda sıxlığı və bu fəzada kompaktlıq haqqında olan Kolmoqorov-Riss teoreminin analoqu danışılıb.

Seminarda həmçinin dəyişən dərəcəli Lp(x)(Ω) Lebeq fəzasında 0 < p(x) < 1 halında sonsuz diferensiallanan finit funksiyalar fəzasının sıxlığı məsələsi məruzə edilib. Qeyd olunub ki, bu fəzada vahidin potensial tip approksimasiyası ailəsi qurulmuş və  modulyar tipli bərabərsizlik isbat edilmişdir. Alınmış nəticənin tətbiqi olaraq dəyişən dərəcəli Lebeq fəzasında Kolmoqorov-Riss kompaktlıq teoreminin analoqu tapılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər