Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Abbasqulu ağa Bakıxanov kimdir?


– Abbasqulu ağa Bakıxanov kimdir?

-O, Bakı yaxınlığındakı Xilə (indiki Əmircan) kəndində 1794-cü ildə anadan olmuşdur. Bakı xanı II Mirzə Məmmədin oğludur. Atası 1784-1791-ci illərdə Bakının xanı olub. Fars və ərəb dillərini, klassik ədəbiyyat, ilahiyyatı dərindən bilirdi.

Əlahiddə Qafqaz korpusunda hərbi qullağa girmiş (1820), rus dilinə yaxşı yiyələndikdən sonra baş komandanın dəftərxanasına Şərq dilləri üzrə mütərcim təyin olunmuş (1822), rus ordusunda polkov (1842) rütbəsinədək yüksəlmişdi. 1826-1829-cu illərdə Rusiyanın İran və Türkiyə ilə müharibələrində, Türkmənçayda Rusiya-İran sülh danışıqlarında iştirak etmişdi. Bakıxanovun fars dilində yazılmış “Gülüstani-İrəm” (1841) əsəri Azərbaycan tarixşünaslığının inkişafında çox böyük rol oynamışdır. Əsər Azərbaycan və Dağıstan tarixinin qədim romanlardan 1813-cü ilədək dövrünü əhatə edir. “Gülüstani-İrəm”də Qafqaz Albaniyası, Babək hərəkatı, Şirvanşahlar dövləti, monqol hücumları, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Azərbaycan xanlıqları, onların Rusiyaya birləşdirilməsi və s. haqqında məlumat verir.

– Qafqazda ilk müsəlman məktəbləri harada açılıb?

-Tiflisdə 1848-ci ildə ilk müsəlman məktəbi olan Əliyyə (şiə) və 1849-cu ildə “Öməriyyə” (sünnü) açılıb.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər