Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanov beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor Misir Mərdanov və “Elmi-Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov Moskva şəhərində Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasında keçiriləcək beynəlxalq elmi-praktiki konfransa dəvət olunublar.

Martın 15-16 tarixlərində baş tutacaq “Müəllimin peşəkarlığı: mahiyyəti, məzmunu, inkişaf perspektivləri” adlı konfrans M.Ş. Makarenkonun 130 illik ildönümünə həsr olunub.

Konfransda alimlər “Böyük müəllim, riyaziyyatçı, islahatçı Mixail Qriqoryeviç Fixtenqolts” (anadan olmasının 130 illiyinə həsr olunub) adlı məruzə ilə cıxış edəcəklər.

Onlar həmçinin Təhsilin Beynəlxalq Elmlər Akademiyasının illik toplantısında iştirak etmək üçün də dəvət olunublar. Onu da qeyd edək ki, hər iki alim Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər