Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

23 yanvar 2020-ci AMEA-Riyaziyyat və Mexanika İnstitutunda Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı görüş keçirilmişdir


Görüşdə institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov; İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev;

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə Azərbaycanın milli əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov;

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, HORİZON 2020-nin yer elmləri üzrə Azərbaycanın milli əlaqələndiricisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov;

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, riyaziyyat üzrə elmlər doktoru İlqar Məmmədov;

Riyaziyyat və Mexanika İnstitutunun doktorantı Səbinə Cəfərova iştirak edirdilər.

Müzakirələrdə AMEA əməkdaşlarının həmin proqramda daha fəal iştirak etmə yolları barədə fikir mübadiləsi aparılmışdır. Nəticədə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu proqramda iştirakı təmin etmək məqsədi ilə işçi qrupunun yaradılması tövsiyə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər